Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası prosesində innovasiyalar əsas elementə çevrilib

Tokio, 24 dekabr, /AJMEDIA/

Təəssüflər olsun ki, bu gün bütün dünyada torpaq və su resursları nizamsız şəkildə istifadə olunur. Bu isə son nəticədə ekoloji fəlakətə, iqlim dəyişikliyinə, qlobal istiləşməyə gətirib çıxarır. FAO-nun son hesabatında qeyd olunur ki, torpaq və su ekosistemləri güclü təzyiqlə üz-üzədir. Qlobal iqlim dəyişikləri, su catışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Hesabat müəllifləri dünya ölkələrini torpaq və su ehtiyatlarından istifadədə innovativ yeniliklər tətbiq etməyə çağırırlar.

AJMEDIA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktik konfransda bildirib.

Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi həm də bu səbəbdən aqrar sahədə innovasiyaların tətbiqini özünün fəaliyyət prinsipindən biri elan edib. Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası prosesində innovasiyalar əsas elementə çevrilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts