“Azərxalça”nın “Zəfər” xalça kolleksiyasının təqdimatı olacaq

Tokio, 31 oktyabr , /AJMEDIA/

Noyabrın 3-də “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən nümayiş və satış salonunda Zəfər gününə həsr olunmuş “Zəfər” xalça kolleksiyasının təqdimatı olacaq.
“Azərxalça” ASC-dən AJMEDIA-ya bildirilib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin ildönümünə həsr olunmuş “Zəfər” kolleksiyası müsabiqə qaliblərinin əsərləri əsasında toxunub.
Müsabiqənin nəticələrinə görə ilk dördlüyə daxil olan xalçaların təqdimat mərasimində ictimai xadimlər, incəsənət nümayəndələri iştirak edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts