“Azərxalça” ötən il üzrə maliyyə hesabatını təqdim edib

Tokio, 26 avqust , /AJMEDIA/

“Azərxalça” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
“Azərxalça”-dan AJMEDIA-ya bildirilib ki, illik hesabatda maliyyə-strateji və cari qərarların hərtərəfli əsaslandırılması, biznes planlaşdırması zamanı risklərin azaldılması, etibarlı tərəfdaşların seçilməsi və işgüzar mühitin yaradılması nəticəsində ASC-nin fəaliyyətində dayanıqlı inkişaf nəzərə çarpıb.
Cəmiyyətin 2021-ci ildə satış həcmi 1 606 810 manat təşkil edərək, yüksək artım göstərib. 2020-ci il üzrə satış həcmi 5 153 524 manat olmuş, lakin bunun 5 084 745 manat hissəsini COVID-19 pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə satılmış xalçalar təşkil etmişdir ki, faktiki olaraq, Cəmiyyət öz imkanları hesabına 2020-ci il ərzində cəmi 68789 manat dəyərində xalça satmışdır.
Öz imkanları hesabına “Azərxalça” ASC 2020-ci ildə cəmi 68789 manat dəyərində xalça satdığı halda, 2021-ci ildə bu rəqəm 1 606 810 manat təşkil etmişdir.
Hesabatda eyni zamanda qeyd olunur ki, Cəmiyyətin 2021-ci ildə cari dayanıqlı inkişafına və maliyyə sabitliyinə aşağıda qeyd olunan pozitiv amillər təsir göstərib: korporativ idarəetmə sisteminin tətbiq edilməsi; maliyyə-təsərrüfat əməliyyatlarının, maliyyə resurslarının istifadəsinin səmərəliliyinin artması; geniş tələbata malik yeni müasir dizaynlı yun və ipək xalçaların istehsal edilməsinə və satışına başlanması; xarici ölkələrə (Almaniya, Bəhreyn, BƏƏ, İsrail, Rusiya və sair) xalçaların satışının həyata keçirilməsi;
Cəmiyyətin inkişafına dair yol xəritəsinin hazırlanması və mərhələlərlə həyata keçirilməsi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts