“Azərpambıq ASK” MMC Türkiyəyə dəstək aksiyasına qoşulub

Tokio, 14 fevral , /AJMEDIA/

Fevralın 6-da Türkiyədə çoxsaylı insan itkisinə, dağıntılara səbəb olmuş zəlzələ qurbanlarına dəstək aksiyası davam edir.
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-dən AJMEDIA-ya bildirilib ki, “Səninləyəm, Türkiyəm!” aksiyası çərçivəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC-nin bütün struktur bölmələrində, o cümlədən Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, İmişli, Saatlı, Sabirabad, Şirvan, Tərtər, Ucar, Salyan rayonlarında yerləşən zavod və tədarük məntəqələrində çalışan əməkdaşların şəxsi vəsaiti ilə toplanan 41 min manat Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts