“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlər açıqlanıb

Tokio, 4 noyabr , /AJMEDIA/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 10 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan AJMEDIA-ya bildiriblər ki, AÇG yatağından bu ilin əvvəlindən noyabr ayının 1-i tarixinə 5 milyard 865,8 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 1 milyard 183 milyon ABŞ dolları gəlir əldə olunub.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 259,554 milyon ABŞ dolları təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts