Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırıldı

Tokio, 4 aprel , /AJMEDIA/

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır.

AJMEDIA məlumatına görə, bu barədə məsələ Milli Məclisin aprelin 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Belə ki, deputatlar “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts