Azərbaycanın zəngin mədəniyyəti Tbilisi sakinlərini valeh edib

Tokio, 16 oktyabr , /AJMEDIA/

Azərbaycanın zəngin mədəniyyəti var. Bu sərgidə Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi məhsullara baxdıqda bunu hamı görür. Burada kəlağayı, çuxa, qadın üst geyimləri, xüsusən də təmiz yundan qədim üsulla hazırlanmış başmaq və keçə yapıncı bizdə böyük maraq yaradır.
Bu sözləri AJMEDIA-ya müsahibəsində 4-cü “Tbilisi Etno Fest” yaradıcılıq sərgisində Azərbaycan guşəsini ziyarət edən Tamta Saralidze söyləyib.
Onun sözlərinə görə, Azərbaycan sənət ustalarının keçədən hazırladıqları yapıncı adamı bir anlığa keçmişə aparır. Azərbaycanlıların və gürcülərin çoxlu oxşar mədəniyyət nümunələri var. Sərgidə nümayiş etdirilən yapıncıların, başmaqların ziyarətçilər tərəfindən alınması bunu sübut edir.
Azərbaycan guşəsini ziyarət edən Nino Miçiya isə kəlağayının vurğunu olduğunu bildirib. N.Miçiya deyib: “Mən bir neçə il əvvəl Azərbaycanda olmuşam. O zaman biz Basqal adlanan bir qəsəbədən kəlağayı almışdıq. İndi həmin vaxtdan 30 ildən çox vaxt keçib. Bu gün Tbilisidə həmin kəlağayı nümunələrini görəndə anamla Azərbaycana həmin səyahətimi xatırladım. Sevindim və özümə bir kəlağayı aldım. Rəfiqələrimə də məsləhət görəcəyəm ki, onlar da gəlib belə gözəl kəlağayıdan alsınlar”.
Guşəni ziyarət edən digər insanlar da Azərbaycanın zəngin mədəniyyətin nümunələrinə maraqla baxır, müxtəlif suallarla azərbaycanlı mütəxəssislərə müraciət edirlər. Ölkəmizi sərgidə təmsil edən “Pirşah” şirkətinin nümayəndələri – Əsmər Abdullayeva, Könül Hüseynova, Behbud Nəcəfov qonaqları maraqlandıran suallara cavablandırıblar. “Pirşah” şirkəti sərgidə Azərbaycan sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət məhsullar təqdim edib.
Sərgidə Gürcüstan, Ukrayna, Bolqarıstan, Çexiya və digər ölkələrin rəngkarlıq işləri üzrə ixtisaslaşmış şirkət və mütəxəssislərdən ibarət qrupları iştirak edir.
Sərgiyə oktyabrın 16-da yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts