Azərbaycanın komandası bədii gimnastika üzrə dünya çempionatının finalına çıxıb

Tokio, 30 Oktyabr, /AJMEDIA/

Azərbaycanın qrup komandası Yaponiyanın Kitakyuşu şəhərində keçirilən bədii gimnastika üzrə 38-ci dünya çempionatının finalına çıxıb.

AJMEDIA xəbər verir ki, oktyabrın 29-da qrup komandalarının çıxışında Azərbaycan komandasının çıxışı hakimlər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Təsnifat mərhələsində toplarla çıxış edən komandamız ümumilikdə 77, 600 xal toplayaraq 6-cı yerdə qərarlaşıb. Komandamızın halqa və gürzlə çıxışı da uğurlu alınıb və səkkizinci yeri tutub.

Beləliklə Azərbaycan komandası hər iki finala vəsiqə qazanıb.
Xəbər verdiyimiz kimi, bədii gimnastika üzrə 38-ci dünya çempionatı Yaponiyanın Kitakyuşu şəhərində oktyabrın 27-də başlayıb. İlk günlərdə yarışlara fərdi qaydada qatılan idmançılarımız mükafata layiq yer tuta bilməyiblər.

Oktyabrın 29-da isə qrup komandalarının yarışı başlayıb. Bu yarışda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamız mübarizə aparır.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi oktyabrın 31-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts