Azərbaycanın bu il ən çox xam neft və neft məhsulları ixrac etdiyi ölkələr açıqlanıb

Tokio, 31 Oktyabr, /AJMEDIA/

Yanvar-sentyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 9 milyon 542,9 min ton, dəyəri isə 4 milyard 323,7 milyon ABŞ dolları olub.

AJMEDIA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Doqquz ayda ölkəmizdən İspaniyaya 552,6 milyon dollarlıq 1 milyon 270,8 min ton, Xorvatiyaya 547,8 milyon dollarlıq 1 milyon 162,3 min ton, İsrailə 510,1 milyon dollarlıq 1 milyon 69,3 min ton, Hindistana 496 milyon dollarlıq 1 milyon 122,7 min ton, Portuqaliyaya 382,5 milyon dollarlıq 803,6 min ton, Böyük Britaniyaya 312,4 milyon dollarlıq 624 min ton, Tunisə 306,3 milyon dollarlıq 658 min ton, Ukraynaya 268,2 milyon dollarlıq 649,8 min ton, Almaniyaya 216,3 milyon dollarlıq 442 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan ümumilikdə 20 milyon 281,6 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 9 milyard 302,6 milyon dollar olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts