Azərbaycanım” uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb

Tokio, 4 may , /AJMEDIA/

“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqəyə əsər qəbulu başa çatıb.
AJMEDIA xəbər verir ki, müsabiqəyə respublikanın regionlarından 1500-dən çox uşaq, yeniyetmə və gənc 2000-dən çox əsər təqdim edib. Seçilmiş əsərlərin müəlliflərinin siyahısı 2022-ci il may ayının 10-dan sonra təqdim olunacaq və seçilmiş əsərlər sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzində nümayiş ediləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində uşaqlar, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts