Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verilib

Tokio, 16 noyabr , /AJMEDIA/

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Xidmətdən AJMEDIA-ya bildirilib ki, noyabrın 11-də keçirilən hərracda Balakəndə yerləşən “Təpəçöl” gil yatağının 1,6 hektar sahəsi, Goranboyda “Qarasuçay” qum-çınqıl yatağının 8 hektar sahəsi, Daşkəsəndə “Bayan” üzlük daşı yatağının 0,5 hektar sahəsi istifadəyə verilib.
Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3A8xEvd )

Follow us on social

Facebook Twitter Youtube

Related Posts