Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub

Tokio, 16 may , /AJMEDIA/

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 min 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 912 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 548, bu günə qədər isə ümumilikdə 6 milyon 853 min 222 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts