Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Tokio, 14 iyul , /AJMEDIA/

2022-ci ilin ilk 6 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2,3 faiz artaraq 13 520,5 milyon kilovatt-saat olub.

AJMEDIA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov öz “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, hesabat dövründə ixrac 664,1 milyon kilovatt-saat, idxal isə 71,1 kilovatt-saat təşkil edib.

Həmçinin qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 205,3 milyon kilovatt-saat artımla 1162,7 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts