Azərbaycanda bu gün 43 min 113 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub

Tokio, 1 Noyabr, /AJMEDIA/

Oktyabrın 31-də Azərbaycanda 43 min 113 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 24 nəfər təşkil edib.

Azərbaycanda bu günədək vurulan vaksinlərin ümumi sayı 9 milyon 660 min 868, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 258 min 418, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 402 min 450 nəfərə çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts