Azərbaycan Yaponiyada “Ekspo 2025”də iştirak üzrə müqaviləni imzalayan ilk ölkə oldu

Tokio, 25 oktyabr , /AJMEDIA/

Azərbaycan “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirakla bağlı müqaviləyə imza atıb. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka yüksək əhəmiyyət verən Azərbaycan “Osaka, Kansai Ekspo 2025”də iştirakçı müqaviləsini imzalayan ilk ölkədir.
AJMEDIA xəbər verir ki, müqavilə sərgiyə hazırlıq məqsədilə keçirilən birinci beynəlxalq planlaşdırma görüşü zamanı Azərbaycanın “Osaka, Kansai Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov, “Ekspo 2025”in baş katibi Hiroyuki İşige və “Ekspo 2025”in baş komissarı Koji Haneda arasında imzalanıb.
Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Sərgiyə hazırlıq məqsədilə oktyabrın 25-26-da keçirilən beynəlxalq planlama görüşündə 100-dən çox ölkə təmsil olunur. Görüşdə “Ekspo 2025”dəki pavilyonların qurulması, sərgilərin hazırlanması ilə bağlı məlumatlar təqdim edilir.
Budəfəki dünya sərgisi 2025-ci il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” (Designing Future Society for Our Lives) mövzusunda keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts