Azərbaycan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Tokio, 5 iyul , /AJMEDIA/

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilir.
AJMEDIA xəbər verir ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini – ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.
Nazir Pərviz Şahbazov bildirib ki, Hökumətlərarası Komissiyanın XVIII iclasında iki ölkə arasında iqtisadiyyat, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, mədəniyyət, idman, turizm, səhiyyə, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts