Azərbaycan və Belarus ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Tokio, 30 may , /AJMEDIA/

İyunun 1-də Azərbaycan-Belarus hökumətlərarası iqtisadi-ticarət komissiyasının 12-ci iclası keçiriləcək.
AJMEDIA xəbər verir ki, videokonfrans formatında keçiriləcək iclasda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, nəqliyyat və logistika, neft-kimya, farmaseptika sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. İclasda, həmçinin qarşılıqlı ərzaq tədarükünün dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması işlərinə Belarus şirkətlərinin cəlb edilməsi məsələləri də müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Azərbaycan-Belarus hökumətlərarası iqtisadi-ticarət komissiyasının 11-ci iclası 2018-ci ildə Minsk şəhərində keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts