Azərbaycan Türkiyəyə qaz ixracını təxminən 22% artırıb

Tokio, 28 iyun , /AJMEDIA/

Azərbaycan Türkiyəyə qaz ixracını təxminən 22% artırıb

AJMEDIA Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumuna istinadən xəbər verir ki, 2023-cü ilin aprel ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,73 faiz – 733,92 milyon kubmetrdən 893,36 milyon kubmetrədək artırıb.

Bu ilin aprel ayında 1,722 milyard kubmetr göstərici ilə Türkiyəyə ən böyük təbii qaz ixracatçısı Rusiya olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,49 faiz azdır.

Üçüncü yeri 866,89 milyon kubmetrlə İran tutur ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 faiz çoxdur.

Bu dövr ərzində Türkiyə bütövlükdə 2022-ci ilin aprel ayı ilə müqayisədə qaz idxalını 2,10 faiz – 4,067 milyard kubmetrdən 3,982 milyard kubmetrə azaldıb, bunun 3,284 milyard kubmetri boru kəməri, 698,19 milyon kubmetri isə sıxılmış təbii qaz olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts