Azərbaycan Şahmat Federasiyası Türkiyəyə maddi yardım göstərib

Tokio, 13 fevral , /AJMEDIA/

Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələ qurbanlarına və yaralılara dəstək olmaq üçün Azərbaycan Şahmat Federasiyası və ölkəmizin şahmat ailəsi 10 min manat maddi yardım göstərib.
Bu barədə AJMEDIA-ya federasiyadan məlumat verilib.
Toplanan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
Azərbaycan şahmat ailəsi zəlzələ qurbanlarının yaxınlarına başsağlığı verir, yaralılara şəfa arzulayır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts