Azərbaycan Qoşulmama Hərəkatının qarşısında duran məqsədlərin reallaşdırılması istiqamətində fəal rol oynayıb

Tokio, 29 dekabr, /AJMEDIA/

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyini uğurla davam etdirərək üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılması istiqamətində fəal rol oynayıb.

AJMEDIA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Bildirilib ki, Azərbaycan bəşəriyyət qarşısında duran ümumi təhdid və çağırışlara, o cümlədən COVID-19 pandemiyasına effektiv cavabların axtarışı və verilməsi məqsədilə dünya birliyinin digər üzvləri ilə birgə çalışıb və ilk günlərdən xəstəliklə mübarizədə aparıcı dövlətlərdən biri olub.

Ölkəmiz 2021-ci ildə dünya dövlətləri ilə təmaslarının intensivləşməsi, xarici dövlət və beynəlxalq təşkilatların, akademik dairələrin və media nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində artan dəstəyi və regional siyasət gündəliyinin uğurla irəlilədilməsi ilə yadda qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts