Azərbaycan-Qırğız İnkişaf Fondunun gələcək fəaliyyət istiqamətləri müzakirə edilib

Tokio, 8 avqust , /AJMEDIA/

Qırğızıstanın Çolpon-Ata şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Qırğızıstan Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyinin (MİA) direktoru Umbriel Temiraliyev arasında görüş keçirilib.
AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, görüşdə Azərbaycan-Qırğız İnkişaf Fondunun birgə investisiya layihələrinin maliyyələşdirilməsindəki gələcək rolu, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, turizm, alternativ enerji sektorlarında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan və Qırğızıstan arasında investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Fondun geniş perspektivləri mövcuddur. Tədbir zamanı Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində potensial layihələr müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts