Azərbaycan Prezidenti: Avropa İttifaqı ilə əməkdaşlığımızın çox geniş gündəliyi var

Tokio, 6 Oktyabr, /AJMEDIA/

Azərbaycanın Avropa İttifaqı ilə uzunmüddətli əməkdaşlığının çox geniş gündəliyi var.

AJMEDIA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən bildirib.

Bunu çox səmərəli və uğurlu əməkdaşlıq adlandıran dövlətimizin başçısı deyib: “Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts