Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Tokio, 13 aprel , /AJMEDIA/

Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts