Azərbaycan Ordusunun əsgərinin şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi başlanıb

Tokio, 12 yanvar, /AJMEDIA/

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olması ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda iş üzrə istintaq davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts