Azərbaycan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasinda iştirak edir

Tokio, 21 may , /AJMEDIA/

Mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb.
AJMEDIA xəbər verir ki, mayın 22-dək davam edəcək sessiyada alyansa üzv 31 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, transatlantik iqtisadi münasibətlərin və dayanıqlılığın yenidən qurulması, ərzaq və enerji təhlükəsizliyi, münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda müzakirələr aparılır.
Tədbirdə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts