Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Tokio, 3 avqust , /AJMEDIA/

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
AJMEDIA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,43 dollar azalaraq 87,33 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts