Azərbaycan nefti bahalaşıb

Tokio, 2 Noyabr, /AJMEDIA/

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 87,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Bu barədə AJMEDIA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 82,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 84,7 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel çoxdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts