Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib

Tokio, 22 dekabr , /AJMEDIA/

Futbol üzrə Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib.
AJMEDIA AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi Canni De Byazinin komandası hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb.
Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.
Cari ilin sonuncu reytinq cədvəlinə 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan sonuncu dünya çempionu Argentina yığması ikinci pilləyə yüksəlib. Mundialın gümüş mükafatçısı Fransa isə 1823 xalla üçüncüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts