“Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə başlanılıb

Tokio, 14 iyul , /AJMEDIA/

Mədəniyyət Nazirliyi zəngin mədəniyyətimizin carçısı olan abidələrimiz, dini məbədlərimiz haqqında ətraflı məlumatın təqdim olunacağı “Azərbaycan – mədəni müxtəlifliyin məkanı” adlı videolayihəyə start verib.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, layihə çərçivəsində mütəmadi olaraq Azərbaycan xalqının qərinələr boyu nəsillərdən-nəsillərə ötürdüyü daş salnaməsinə həsr olunmuş videoçarxlar Mədəniyyət Nazirliyinin sosial media hesablarında paylaşılacaq.
Layihənin ilk paylaşımı Azıx mağarası tarixi yaşayış məskəninə həsr olunur. Videoçarxda Azıx mağarasının elmi, mədəni, tarixi, coğrafi, arxeoloji əhəmiyyəti barədə məlumatlar Azərbaycan və ingilis dillərində qeyd edilib. Bu çoxtəbəqəli abidə dünyada sayı az olan qədim mağara tipli insan düşərgələrindəndir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts