Azərbaycan ilk dəfə Ali Audit Qurumları Asiya Təşkilatının Audit Komitəsinə üzv seçilib

Tokio, 8 sentyabr, /AJMEDIA/

Sentyabrın 7-də ASOSAI (Ali Audit Qurumlarının Asiya Təşkilatı) təşkilatının XV Assambleyası keçirilib.

Hesablama Palatasının mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar ilk dəfə onlayn şəkildə keçirilən Assambleya Tailand Krallığının Ali Audit Qurumu tərəfindən təşkil edilib.

Assambleyada Azərbaycan Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Tədbir ASOSAI-ın prezidenti, Vyetnam Ali Audit Qurumları (AAQ) sədrinin açılış nitqi ilə başlayıb, daha sonra, ASOSAI-ın yeni prezidenti seçilmiş Tailand Krallığının AAQ prezidentinin salamlama nitqi ilə davam edib. Rəsmi açılış tədbirindən sonra, plenar sessiyanın gündəliyi, İdarə Heyətinə və Audit Komitəsinə üzvlük məsələləri müzakirə edilib. Tədbirin davamında ASOSAI-ın strateji planın icrası barədə hesabatı və növbəti strateji planın təqdimatı, baş katibliyin hesabatı və digər hesabatlar təsdiq edilib, yeni işçi qruplarının yaradılması, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupun yaradılmasının təsdiq edilməsi, İdarə Heyətinə və Audit Komitəsinə üzvlərin seçilməsi prosesi həyata keçirilib. Daha sonra, ASOSAI-ın XVI Assambleyasına ev sahibliyi edəcək qurumun müəyyən edilməsi, İdarə Heyətinə yeddi yeni üzvün, həmçinin yeni kənar auditorların seçilməsi kimi məsələlər müzakirəyə çıxarılıb. ASOSAI-ın İdarə Heyətinə Türkiyə, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Malayziya və Filippin AAQ-ları yeni üzvlər olaraq seçilib. ASOSAI-ın XV Assambleyasında iştirak edən bütün üzv AAQ-ların səsverməsi ilə Hesablama Palatası 2021-2024-cü illər üzrə ilk dəfə olaraq ASOSAI-ın Audit Komitəsinə üzv olub. Tədbirin sonunda isə ASOSAI-ın INTOSAI və onun regional təşkilatları ilə əməkdaşlığından bəhs edilib və tədbir ASOSAI-ın yeni sədrinin bağlanış qeydləri ilə sona çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts