Azərbaycan ilə Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb

Tokio, 12 Oktyabr, /AJMEDIA/

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti oktyabrın 11-14-də Belqradda keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiyaya səfərdədir.

Müdafiə Sənayesi Nazirliyindən AJMEDIA-ya bildiriblər ki, “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və sair nümayiş etdirilir.

Sərginin birinci günündə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanoviç ilə görüşü olub. Görüşdə mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Daha sonra Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri Yuqoslav Petkoviç ilə də görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi işini oktyabrın 14-dək davam etdirəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts