Azərbaycan ilə Polşa qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsi aparacaq

Tokio, 24 oktyabr , /AJMEDIA/

Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin üzvü Zdislav Sokal İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) olub.
AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, qurumun rəhbəri Yusif Abdullayev Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Zdislav Sokal Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin fəaliyyəti, biznes və investisiya mühiti barədə məlumat verib, biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətlərini qeyd edib.
Tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.
Görüşdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Polşanın Azərbaycandakı səfiri Rafal Poborski də iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts