Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələsi müzakirə olunub

Tokio, 13 iyun , /AJMEDIA/

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi hər iki tərəfin maraq dairəsindədir.
AJMEDIA xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya ilə görüşündə səslənib.
Nazirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsinin vacibliyi və bunun üçün siyasi iradənin olduğu vurğulanıb. Söhbət zamanı Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran cari məsələlər və münasibətlərin gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyi qeyd olunub.
Görüşdə, eyni zamanda, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı müvafiq tədbirlərin təşkilinə hazırlıq məsələləri də müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts