Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə edilib

Tokio, 18 aprel , /AJMEDIA/

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığa mühüm töhfədir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, bu fikirlər nazir Mikayıl Cabbarovun Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşündə səsləndirilib.
İqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Vurğulanıb ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrdə fəal iştirak edir. Nazir iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq və digər məsələlərə dair fikirlərini bildirib, əlaqələrin genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin etibarlı tərəfdaş olduğunu, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini söyləyib.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, tranzit yükdaşımalar və logistika imkanlarının genişləndirilməsi, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts