Azərbaycan Gənclərin XVI Delfi Oyunlarında təmsil olunur

Tokio, 16 oktyabr , /AJMEDIA/

Düşənbədə MDB iştirakçı dövlətləri gənclərinin XVI Delfi Oyunları təşkil olunub. Tədbir Tacikistan Prezidenti Emoməli Rəhmon və Beynəlxalq Delfi Komitəsinin himayəsi altında keçirilir. Bu yarış Delfi Birliyi Oyunlarının 20-ci ildönümünün qeyd olunmasında mühüm hadisə olacaq.
Beynəlxalq Delfi Komitəsinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin iştirakı ilə keçirilən Gənclərin XVI Delfi Oyunları MDB məkanında “Xalq Yaradıcılığı və Mədəni İrs ilinə” həsr olunmuş və 2022-ci il üçün Müstəqil Dövlətlər Birliyinin tədbirlər planına daxil edilmişdir.
Oyunlar gənc istedadların peşəkar yüksəlişinə və milli mədəniyyətlərin inkişafına kömək etmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ölkələr arasında əlaqələri gücləndirmək, həmçinin tədbir turizmini və yaradıcı sənayeni inkişaf etdirmək məqsədilə keçirilir.
Oyunların təşkili və keçirilməsi Düşənbə şəhərinin İcra Hakimiyyətinin, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin, həmçinin Dövlətlərin Parlamentlərarası Assambleyasının dəstəyi ilə, Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi, Müstəqil Dövlətlər Birliyinin üzvləri və Beynəlxalq Delfi Komitəsinin Tacikistan Respublikasındakı müşahidəçiləri tərəfindən gerçəkləşir.
Müsabiqədə birlik ölkələrindən 10-25 yaş arası 500-ə yaxın oğlan və qız iştirak edir. Münsiflər heyətində MDB-dən olan 30-dan çox görkəmli rəssam, professor və sənətşünaslıq doktoru yer alır. XVI Delfi Oyunlarında ölkəmiz də təmsil olunur.
Bu il müsabiqə proqramına 10 nominasiya daxil edilib. Düşənbədəki Oyunların nominasiyaları üçün ölkənin ən yaxşı mədəniyyət ocaqları – T.Sattorov adına Tacikistanın Milli Konservatoriyası, M.Tursunzoda adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Tacikistanın Dövlət Təsviri İncəsənət və Dizayn İnstitutu və s. cəlb olunub.
XVI Delfi Oyunlarının əsas yekun tədbiri oktyabrın 17-də S.Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək qala-konsert olacaq ki, bu da laureatlara böyük səhnədə bacarıqlarını nümayiş etdirmək imkanı verəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts