Azərbaycan “Beynəlxalq Yaşıl Həftə” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq

Tokio, 20 yanvar , /AJMEDIA/

Xəbər verdiyimiz kimi, yanvarın 20-29-da Almaniyanın Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi keçiriləcək.
İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın 15şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək, həmçinin sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim ediləcək.
Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə”də Azərbaycan 13-cü dəfə təmsil olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts