Azərbaycan Basketbol Liqasında 7-ci tura start verilib

Tokio, 25 noyabr , /AJMEDIA/

“Sərhədçi” İdman Mərkəzinin idman zalında, “AAAF Xırdalan BK” və “Zirvə Astara BK” basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turu start götürüb.
Azərbaycan Basketbol Federasiyasından (ABF) AJMEDIA-ya bildiriblər ki, turun açılış oyununda “AAAF Xırdalan BK” basketbolçuları rəqibinə 98-94 hesabı ilə qalib gələrək çempionatda 4-cü qələbəni qazanıblar. Oyunun nəticəsinə görə, ən məhsuldar basketbolçular Devin Pullum (26 xal, 3 ribaund, “AAAF Xırdalan BK”) və Rasshard Kruikşenk (23 xal, 7 ribaund, “Zirvə Astara BK”) seçiliblər.
Qeyd edək ki, turun növbəti oyunları (“Gəncə BK” – “Sərhədçi PİK”, “Neftçi İK” – “NTD BK”, “Sabah BK” – “Olimpik Şəki BK”) noyabrın 26-27 –də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts