Azərbaycan Animasiya Assosiasiyasının saytı fəaliyyətə başlayıb

Tokio, 2 dekabr , /AJMEDIA/

Azərbaycan Animasiya Assosiasiyasının saytı – www.anima.az fəaliyyətə başlayıb.
AJMEDIA xəbər verir ki, assosiasiyanın əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etməkdir. Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.
Təşkilat, həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub.
Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts