Azərbaycan əsilli arfaçı beynəlxalq müsabiqədə üçüncü olub

Tokio, 8 sentyabr , /AJMEDIA/

İtaliyanın Saluzzo şəhərində keçirilən “Suoni d’Arfa” 11-ci Beynəlxalq Arfa Müsabiqəsinin nəticələri elan edilib.
AJMEDIA xəbər verir ki, Fransada yaşayan Azərbaycan əsilli Marqarita Ramazanova bu müsabiqədə üçüncü yeri tutub.
Marqarita bacısı Ela və qardaşı Dəniz ilə birlikdə Strasburq Konservatoriyasının musiqi alətləri, xor və balet siniflərində təhsil alır.
Azərbaycan əsilli arfaçı müsabiqədən əvvəl arfada ifa etdiyi üç musiqi əsərinin videosunu münsiflər heyətinə göndərib. Onun ifası münsiflər heyəti tərəfindən yekdilliklə bəyənilib və o, müsabiqəyə qatılmaq şansı qazanıb.
“Suoni d’Arfa” beynəlxalq müsabiqəsi bacarıqlı gənc arfaçıların inkişafına kömək etmək, eləcə də arfa üçün yazılmış və ya tərtib edilmiş italyan repertuarları haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts