Avropada qazın qiyməti düşüb

Tokio, 5 may , /AJMEDIA/

Avropada qazın 1000 kubmetrinin qiyməti 407 ABŞ dollarınadək enib.
AJMEDIA xəbər verir ki, mayın 4-də iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 407,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (418,4 dollar) ilə müqayisədə 2,7 faiz azdır. Qazın qiymətinin enməsi səbəblərindən biri də havaların tədricən isinməsidir.
Qeyd edək ki, ötən il martın 7-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq, maksimum 3900 dollaradək yüksəlib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts