Avropa İttifaqı gələn il 3,5 milyard doza vaksin istehsal etməyi planlaşdırır

Tokio, 29 Oktyabr, /AJMEDIA/

Avropa İttifaqı (Aİ) 2022-ci ildə COVID-19 əleyhinə 3,5 milyard doza vaksin istehsal etməyi hədəfləyir və peyvəndlərin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.
AJMEDIA xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib. Avrokomissiyanın prezidenti bildirib ki, oktyabrın 30-31-də Romada keçiriləcək G20 Liderlərinin Sammitində və oktyabrın 31-də Şotlandiyanın Qlazqo şəhərində təşkil ediləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) Aİ üçün prioritet məsələlər olan yeni növ koronavirus epidemiyası ilə mübarizə, qlobal iqtisadiyyatın bərpası və iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq: “Pandemiya baxımından əsas hədəf G20 ölkələrinin dünya əhalisinin 70 faizinin vaksinasiyadan keçməsini təmin etməsidir. Gələn il Aİ-də istehsal olunacaq 3,5 milyard doza peyvəndin böyük hissəsi ixrac olunacaq”.
O qeyd edib ki, Aİ istixana qazı emissiyasını 2020-ci ildəki səviyyələrlə müqayisədə 2030-cu ilə qədər 30 faiz azaltmağı qarşıya məqsəd qoyub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts