Ankarada Zəfər Günü münasibətilə sərgi açılıb

Tokio, 9 noyabr , /AJMEDIA/

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində 8 Noyabr – Zəfər Günü münasibətilə sərgi açılıb.
AJMEDIA xəbər verir ki, sərgilənən fotolar təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrindən, erməni terrorizminin izlərindən xəbər verir. O cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin əzəmətli nişanələrini tərənnüm edir.
Noyabrın 8-də Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan əzəli Vətən” mövzulu mərasimin iştirakçıları sərgini ziyarət ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts