Alüminium sənayesinin inkişaf perspektivləri müzakirə olunub

Tokio, 8 sentyabr , /AJMEDIA/

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə Korporasiyanın videokonfrans formatında növbəti iclası keçirilib.
ASC-dən AJMEDIA-ya bildirilib ki, iclasda baş direktor Kamran Nəbizadənin və digər vəzifəli şəxslərin məruzələri dinlənilib, şirkətin başa çatan 2021-ci ilin yekunları üzrə kənar audit hesabatı təsdiqlənib, alüminium sənayesinin inkişaf perspektivləri, həmçinin Daşkəsən rayonu ərazisində yerləşən “Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının geoloji qiymətləndirilməsi və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts