Almaniyada yaşayan azərbaycanlı ilin ən yaxşı bəstəkarı seçilib

Tokio, 19 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlı bəstəkar, “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı Xədicə Zeynalova “Artist in Residence” nominasiyasına layiq görülüb və ilin ən yaxşı bəstəkarı seçilib.

Yaradıcılıq uğurlarından danışan Xədicə Zeynalova bildirib ki, mədəniyyət paytaxtımız Şuşaya ilk səfərim məndə o dərəcədə xoş təəssürat yaratdı ki, bundan təsirlənərək “Şuşa” simfoniyasını bəstələdim. Soydaşımız əlavə edib ki, Berlində “Bridge of Sound” orkestri ilə təşkil etdiyimiz Zəfər Gününə həsr olunmuş möhtəşəm konsertdə ifa olunan dördhissəli “Şuşa” simfoniyası böyük tamaşaçı rəğbəti qazanıb.

“Almaniyada yaşadığım 19 il ərzində ürəyim daim Vətənim Azərbaycanla döyünüb. Bu illər ərzində elə bir konsert və layihəm olmayıb ki, orada Vətənim haqqında danışmayım, elə bir musiqi əsərim yoxdur ki, orada öz milli dəyərlərimizi xarici ölkələrdəki dinləyicilərə çatdırmayım”, – deyə tanınmış bəstəkar öz fikirlərini bölüşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts