Almaniya nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub

Tokio, 1 mart , /AJMEDIA/

Almaniya Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın icraçı direktoru Maykl Harmsın rəhbərliyi altında aparıcı alman şirkətlərindən ibarət nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

AJMEDIA xəbər verir ki, səfər zamanı Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ƏAİZ-in fəaliyyəti, strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə mühəndis kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır ərazi-daxili və ərazi-xarici torpaq sahələri və investorlar üçün təklif olunan maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra, “Silk Way AFEZCO” şirkətinin icraçı direktoru Cavad Dbila nümayəndə heyətini ƏAİZ-in ərazisində tikiləcək karqo hava limanı haqqında məlumatlandıraraq bildirib ki, sözügedən hava limanı ƏAİZ-in investorları və digər müştərilər üçün hava ilə beynəlxalq yükdaşıma nəqliyyatı xidmətləri göstərəcək. Ardınca “Silk Way Group” şirkətinin prezidenti Zaur Axundov karqo hava limanının strateji əhəmiyyəti və ƏAİZ-in investorları və digər müştərilər üçün faydalarından bəhs edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts