Ağsuda heyvandarlıq məhsullarının istehsalı artıb

Tokio, 2 sentyabr , /AJMEDIA/

Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda məhsul istehsalı cari ilin səkkiz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün sahələr üzrə artıb.
Rayon Statistika İdarəsindən AJMEDIA-ya bildirilib ki, səkkiz ayda diri çəkidə ət istehsalı 48 ton artaraq 3932 tona çatıb. Bu müddətdə süd istehsalı 83 ton artıb və 20 min 865 ton olub. Habelə 9 milyon 416 min ədəd yumurta, 322 ton yun istehsal olunub, artım müvafiq olaraq 377 min ədəd və 4 ton təşkil edib.
Qeyd edək ki, rayonda hazırda 39 min başdan çox iribuynuzlu, 140 min başdan çox davar bəslənilir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts