ABŞ Kinoaktyorlar Gildiyası mükafatları qaliblərinin adları açıqlanıb

Tokio, 27 fevral , /AJMEDIA/

Los-Ancelesdə ABŞ Kinoaktyorlar Gildiyası mükafatlarının (SAG) 29-cu təqdimat mərasimi başa çatıb. Ən çox mükafata “Hər şey hər yerdə və dərhal” tragikomediyası layiq görülüb. Bu ekran əsəri dörd əsas nominasiya üzrə qalib olub.
AJMEDIA “The Hollywood Reporter” jurnalına istinadla xəbər verir ki, Den Kvan və Deniel Şaynertin filmi ən yaxşı aktyor heyətinə görə heykəlcik qazanıb, həmçinin Mişel Yeo “ən yaxşı aktrisa, Ke Hyui Kvan “Ən yaxşı ikinci plan aktyoru” və Ceym Li Kertis “ən yaxşı ikinci plan aktrisası” fərdi mükafatlara layiq görülüblər.
“Ən yaxşı kişi aktyor” kateqoriyasında mükafatın sahibi isə Darren Aronofskinin “Balina” filmində roluna görə Brendan Frreyzerə təqdim edilib. Televiziya serialları kateqoriyalarında ən yaxşı aktyor heyəti mükafatlarına dramatik film “Ağ lotus” və Ebbot ibtidai məktəbi” komediya filmi layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts