ABŞ-ın maliyyə naziri RF-nin neft məhsullarına qiymət tavanı barədə qərarı imzalayıb

Tokio, 4 fevral , /AJMEDIA/

ABŞ-ın maliyyə naziri Canet Yellen fevralın 5-dən Rusiyanın neft məhsullarına qiymət tavanının tətbiqi barədə fərman imzalayıb.
AJMEDIA xəbər verir ki, müvafiq sənəd ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Bir müddət öncə Vaşinqtonla müttəfiqləri arasında əldə olunan razılaşmaya əsasən, Birləşmiş Ştatlar növündən asılı olaraq Rusiyanın neft məhsullarına iki qiymət tavanı müəyyən edib. Qiymət tavanı xam neftin qiymətindən yuxarı və aşağı olan neft məhsullarına 100 dollar və 45 dollar həddində təyin olunub.
Amerika Maliyyə Nazirliyinin sənədlərinə əsasən, qiymət tavanı siyasətinə baxmayaraq, Rusiyadan neft və neft məhsullarının alışına qoyulan embarqo qüvvədə qalır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts