ABŞ-da Albert Aqarunova həsr olunmuş fotomüsabiqə qaliblərinin adları açıqlanıb

Tokio, 5 iyun , /AJMEDIA/

ABŞ-da Albert Aqarunova həsr olunmuş fotomüsabiqə qaliblərinin adları açıqlanıb

ABŞ-ın Minnesota ştatında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr olunmuş “Mən Azərbaycanı hər yanda axtarıram” mövzusunda fotomüsabiqənin qaliblərinin adları elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya verilən məlumata görə, Azərbaycan-Minnesota Assosiasiyasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü çərçivəsində keçirilən müsabiqədə 8-20 yaş arasını əhatə edən 15 nəfər iştirak edib. İT sahəsi üzrə mütəxəsis Kamil Dadaşov, təhsil üzrə fəlsəfə doktoru Nərmin Ağalarova və Azərbaycan-Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın daxil olduğu münsiflər heyəti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qaliblərin adlarını açıqlayıb.

Qərara əsasən, I yerə 9 yaşlı Fərhad Əli Muxtarlının (Kanada, Kalqari), II yerə 11 yaşlı Əminə Qarayevanın (Kanada, Kalqari), III yerə isə 13 yaşlı Davud Məmmədovun (Eagan, Minnesota) təqdim etdikləri fotoşəkillər layiq görülüb. Birinci yerin qalibinə 500, ikinci yerin qalibinə 300, üçüncü yerin qalibinə 200 ABŞ dolları məbləğində pul mükafatları verilməsi nəzərdə tutulub. Qaliblərə mükafat və bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.

Xatırladaq ki, ötən il ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Qadın Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilmiş yazı müsabiqəsi keçirilib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts