ABŞ-də yaşayan tanınmış şair Aleksandr Səlimovun poeziya gecəsi keçirilib

Tokio, 19 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, ABŞ-də yaşayan tanınmış şair Aleksandr Səlimovun poeziya gecəsi keçirilib
Delaver Universitetinin Dilçilik kafedrasının professoru, şair, tədqiqatçı Aleksandr Səlimovun ABŞ-nin Meyn ştatındakı “Bates College”də poeziya gecəsi keçirilib. Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Aleksandr Səlimovun ifaları, eyni zamanda sülh və vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər tədbirə xüsusi rəng qatıb.

Viktoriya Urbano fəxri mükafatının sahibi Aleksandr Səlimov “LiFFt-2019” IV Avrasiya ədəbi festivalının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, Meyn Azərbaycan Cəmiyyəti uzun illərdir ABŞ-də Azərbaycanın təbliği istiqamətində fəaliyyət göstərir və müxtəlif tədbirlər təşkil edərək mədəniyyətlərarası mübadiləyə öz töhfələrini verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts